Əsas məzmuna keç

SƏNƏD

İstifadə qaydaları

Son yenilənmə: 8 avqust 2026

Bu sənəd Life Art Academy platformasından istifadə şərtlərini müəyyən edir. Hesab yaratmaqla aşağıdakı şərtləri qəbul etmiş sayılırsınız.

  1. 01Hesab

    • Hesab yaratmaq üçün 18 yaşın tamam olmalıdır.
    • Verdiyin məlumatların doğruluğuna görə məsuliyyət səndədir.
    • Bir hesabı bir neçə nəfər arasında paylaşmaq qadağandır.
  2. 02Ödəniş və geri qaytarma

    • Video kurslar bir dəfəlik ödənişlə alınır; abunə və avtomatik yeniləmə yoxdur.
    • İlk 14 gün ərzində və məzmunun 20%-dən azını izləmisənsə, ödəniş tam qaytarılır.
    • Geri qaytarma tələbi panelindən və ya e-poçtla göndərilir; səbəb izah etmək tələb olunmur.
    • Tədbir ləğvləri hər elanın öz səhifəsindəki şərtlərə tabedir.
  3. 03Koç təsdiqi

    • Koç kimi qeydiyyatdan keçən istifadəçi dərhal elan paylaya bilər.
    • Koçlar siyahısında görünmək və video kurs satmaq üçün müraciət admin tərəfindən yoxlanılır.
    • Nəzərdən keçirmə adətən 3–5 iş günü çəkir; rədd cavabının səbəbi yazılı bildirilir.
    • Yanlış və ya saxta sənəd təqdim edən hesab dayandırılır.
  4. 04Məzmun

    • Kurs məzmununu yükləmək, yaymaq və ya yenidən satmaq qadağandır.
    • Koç öz kursunun müəllif hüququnu saxlayır; platforma yayım hüququ alır.
    • Etika qaydalarına zidd məzmun yayımdan çıxarılır.
  5. 05Koçinqin hüdudları

    • Koçinq tibbi və ya psixoloji müalicə deyil və onu əvəz etmir.
    • Klinik müdaxilə tələb edən hallarda koç işi dayandırır və mütəxəssisə yönləndirir.
    • Platforma konkret nəticəyə zəmanət vermir.
  6. 06Məxfilik

    • Şəxsi məlumatlar yalnız xidmətin göstərilməsi üçün istifadə olunur.
    • Müraciət sənədləri yoxlama məqsədilə saxlanılır və üçüncü tərəflə paylaşılmır.
    • Hesabın silinməsini istədiyin halda məlumatların 30 gün ərzində silinir.